Slimfit
  1. DÜNYA

Huawei və təsisçisi Ren Zhengfei-nin uğur hekayəsi

Huawei və təsisçisi Ren Zhengfei-nin uğur hekayəsi
Sakura

Huawei və təsisçisi Ren Zhengfei-nin uğur hekayəsi

Çinin transmilli telekommunikasiya nəhəngi Huawei bu gün Samsung şirkətindən sonra dünyanın ikinci ən yaxşı smartfon istehsalçısıdır və bu rəsmi olaraq Appleşirkətini geridə qoyduğu deməkdir.

Son yeddi il ərzində bazardakı rəqib firmalardan heç biri Samsung və Apple cütlüyünü ayıra bilməmişdi. Şirkətin səlahiyyət sahiblərinin isə Huawei brendinin yaxın vaxtlarda birinci sıraya yüksələcəyinə dair inamları güclüdür.

Bəs, Huawei kim tərəfindən və necə yaradıldı? Apple kimi bir brendi geridə qoymağa necə nail oldu? İş dünyasının bu tarixi uğurdan götürəcəyi dərslər nələrdir?

Bugünkü məqaləmizdə Huawei şirkətinin uğur hekayəsinə və təsisçisi Ren Zhengfei-nin həyatına dair maraqlı məlumatlara yer vermişik.

Sadə bir başlanğıc – şirkətin təsis edilməsi

Müasir uğur hekayələrinin bir çoxunda olduğu kimi, qəhramanımız Ren Huawei şirkətini həyatının ən bərbad günlərini yaşadığı zaman təsis edib. O, bir müştərisi tərəfindən aldadılaraq 2 milyon Çin yuanı itirdiyi zaman mühəndis olaraq fəaliyyət göstərdiyi Xalq Qurtuluş Ordusundan qovulur. Onun artıq 41 yaşı var idi və boşanmağın səbəb olduğu travmanın öhdəsindən gəlməyə çalışırdı.

Bir sözlə həyatında heç nə yolunda getmirdi. Ren özündə bir neçə həmkarı ilə bir araya gələrək sonradan Huawei adlandıracaqları bir şirkət qurmaq üçün güc tapdığı əsnada məhz belə bir dövrdən keçirdi.

Huawei o vaxtlar telekommunikasiya cihazları istehsalı ilə məşğul olmurdu. Şirkətin qurulduğu ilk zamanlar tək məqsədi hətta pəhriz həbləri bazarına daxil olaraq satabiləcək hər hansı bir məhsuldan pul qazanmaq idi.

Ren hər şeylə maraqlanmağı, çevik zəkası və əsasən də şansın köməyilə şirkətinin müştəriləyə yönələn işlərdən yaxşı vəziyyətdə olmayan və eyni zamanda möhtəşəm bir sürətlə inkişaf etməkdə olan Çin telekommunikasiya bazarına girməsinə səbəb oldu.

Huawei şirkətini kim təsis etmişdir?

Şirkətin qurucusu Ren Zhengfei-dir. Bəlkə də dünyanın bu vaxta qədərki ən böyük texnologiya şirkətlərindən birini qurmaq üçün illərini sərf etməsi səbəbindəndir ki, Ren Zhengfei çox da tanınmış bir idarəçi deyil.

Huawei şirkətinin milyarder qurucusu indiyə qədər bacardıqca mediadan uzaq durmuş, başqaları tanınarkən o, vaxtını şirkətinin sürətlə böyüməsi üçün sərf etmişdir.

Ren jurnalistlərə verdiyi müsahibələrin birində aşağıdakı açıqlamanı etmişdi:

“Həyat mənim üçün həmişə çətin olub. Heç vaxt fırtınasız dənizlərə yelkən açmamışam, çünki gənclik illərim uğursuz bir ailədə keçib. Yəni, elə də parlaq bir keçmişim yoxdur. Kiçik bir iş fürsəti üçün belə çox böyük səy göstərməli olmuşam.”

Çin Ordusunda işləyən bir mühəndis idi.

Renin Çin Ordusunun nəzdində fəaliyyət göstərdiyi bu zaman müddəti hər kəsin diqqətini çəkir.

O, 1974 – cü ildə, yəni Çində “Mədəni İnqilab”-ın uğursuzluğa uğradığı, geyim və ərzaq qıtlığının yaşandığı illərdə Xalq Qurtuluş Ordusuna (PLA) qatılaraq mühəndis kimi xidmət göstərmişdir.

Texnologiya nəhəngi bir şirkət qurdu.

Ren Ordudakı işindən sonra bir benzin şirkətində bir neçə il çalışdı. Bu işi 1987 – ci ildə Huawei şirkətini təsis edənədək davam etdi.

O vaxtlar Çin iqtisadiyyatı ən yaxşı dövrünü yaşasa da, ölkənin həqiqətən zəif olan telekommunikasiya infranstrukturu ümumi iqtisadi mənzərəyə mənfi təsir göstərirdi.

 

Sənayenin inkişafı yuxarı dairələrin də prioritet məsələsinə çevrilmişdi və dövlətə məxsus üç şirkət Great Dragon, Datang ve ZTE (ZTCOF) bazarın liderləri hesab edilirdi.

Huawei bu baxımdan ziddiyət təşkil edirdi. Çünki şirkətin rəsmi qeydiyyatı Çində özəl iqtisadi bölgə hesab edilən balıqçı qəsəbəsi Şençjendə “özəl şirkət” adı altında reallaşmışdı.

Şirkət ilk əvvəl təchizat ticarəti ilə məşğul olurdu və kiçik bir satıcı kimi tanındığı üçün çox da diqqət yetirilmirdi.

Huawei bazar payı əldə etmək üçün böyük səy göstərdiyi vaxtlarda təsisçi Ren-in payına düşənlər isə şirkətin bu qaranlıq günlərində ciddi narahatlığa səbəb olmuşdu.

Ren işçilərini uzun iş saatları ərzində çalışmağa və işlərini sığorta altına almaq üçün nə lazımdırsa etməyə təşviq etdi. Böyük şəhərlərdə rəqabət aparmağı bacarmayan Huawei şirkəti başlanğıcda Çinin kiçik qəsəbə və kəndlərini hədəf aldı. Bu arada Ren isə boş oturmayıb araşdırma və işlərin təkmilləşməsi üçün əhəmiyyətli yatırımlar həyata keçirdi və Huawei – i sektorun qabaqcıl firmaları, yəni böyük rəqiblərlə rəqabət apara biləcəyi bir texnologiya yaratmaqla bağlı cəsarətləndirdi.

Həmçinin oxu: "Huawei" iPhone almaq üçün növbədə gözləyənlərə belə JEST ETDİ

Ar-Ge texnologiyası

Huawei şirkəti Ar-Ge (texnologiya araşdırması və inkişafı) departamentini ölkə sərhədləri daxilində genişlətməklə qalmayıb dünyaya yayılan Ar-Ge laboratoriyaları qurmağı üstün tutdu. Şirkət 2002 – 2010 – cu illər aralığında ABŞ, İsveç, Almaniya, Rusiya, Kanada və İngiltərədə ixtisaslaşma sahələrinə müvafiq 57 ədəd innovasiya mərkəzi və şirkətin nəzdində fəaliyyət göstərən müəssisələr açmağa nail olmuşdu.

Məsələn, Avropa 3G texnologiyasının başlanğıc nöqtəsi sayıldığı üçün Huawei İsveçin Stokholm şəhərində bir müəssisə açmağı üstün tutdu.

Radio tezliyi təyin etmə xüsusiyyətini təkmilləşdirmək və dəstəkləmək üçün bu sahədə lider olan Rusiyanın Moskva şəhərində innovasiya istiqamətli yeni bir müəssisə açdı.

Silikon Vadisinin ixtisaslaşma sahələri bulud kompüter, kodlaşdırma və data integrasiyası olsa da, şirkət təkcə orada deyil, eyni zamanda Dallas şəhərində də bu sahələrlə bağlı çalışmalar həyata keçirəcək yeni bir müəssisə açılmasını uyğun hesab elədi.

Huawei bu innovasiya mərkəzlərini bütün dünyaya yayaraq müxtəlif sahələrdə ixtisaslı mühəndislərlə dolu, mürəkkəb mövzularda çalışan və yüksək kalibrli texnologiyalar istehsal edən bazarlara girməyə müvəffəq oldu.

Bir sözlə, Apple şirkətini geridə qoyan Huawei-in 2017 – ci ildə dünyanın ən böyük 6 – cı Ar-Ge yatırımçısı olması heç də təccüblü deyil.

Huawei hazırda 35.773 adda patentə sahibdir. 2015 – ci ildə Huawei tərəfindən rekord səviyyədə beynəlxalq patent müraciəti edilmişdir ki, bu rəqəm 2.180.100 -ə çatmışdır.

Kəşf edilməmiş bazarlardan faydalanmaq

Apple markası yeni bir ağıllı telefona sahib olmaq üçün tələsərək təqribən 1000 dollar və daha artıq bir məbləğdə vəsait israf etməkdən çəkinməyən varlı kütləyə xitab edir. Ancaq Huawei məhsullarınını Apple firmasının hədəfləməkdə uğursuz olduğu, sürətlə inkişaf etməkdə olan orta təbəqə müştəri kütləsinə çatması üçün uyğun qiymətlər müəyyənləşdirir.

Huawei şirkətinin Hindistan, İndoneziya, Çin, Rusiya, Cənubi Afrika, Nigeriya və Pakistan kimi ölkələrdəki bazar payını saxlamasına kömək olan səbəb məhz bu qiymət strategiyasıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR