Slimfit
  1. TEXNOLOGİYA

“Huawei” şirkətinə “SD” kartlarından istifadə qadağan olunub

“Huawei” şirkətinə “SD” kartlarından istifadə qadağan olunub
Sakura

“Huawei” şirkətinə “SD” kartlarından istifadə qadağan olunub

“Secure Digital Memory Card” (SD) məhsulları üçün standartlara nəzarəti həyata keçirən “The SD Association” Assosiasiyası Çinin “Huawei” şirkətini öz sıralarından xaric edib. Assosiasiyanın qərarına görə, şirkət “SD” tipli yaddaş kartlarını dəstəkləyən qurğuları istehsal etmək hüququndan məhrum edilib.

ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, assosiasiya nümayəndələrinin sözlərinə görə, təşkilat sıralarından xaric edilməyə səbəb kimi ABŞ-ın Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar qeyd olunur. “9to5Google” nəşrinin məlumatına görə, bu, “Huawei” üçün böyük zərbə ola bilər.

Öz növbəsində “Huawei” şirkətinin nümayəndələri qeyd edib ki, yeni qadağa artıq buraxılmış smartfonlara şamil edilməyəcək. Bununla yanaşı, şirkət tədricən qurğularda “SD” kartlarından istifadədən yayınaraq bunun əvəzinə “nano-SIM” ilə müqayisə edilən “NanoMemory” formatına keçməyi planlaşdırır.

Bir müddət əvvəl Çin Dövlət Əqli Mülkiyyət İşləri İdarəsi “Huawei Hongmeng” əmtəə nişanını qeydiyyata alıb. Məhsulun adı əməliyyat sistemləri üçün də istifadə olunacaq ki, bu da Çin istehsalçısının əməliyyat sisteminin adı ilə bağlı yayılan məlumatları təsdiq edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR