“Huawei” şirkəti ilk “5G” smartfonunu təqdim edib
Çinin “Huawei” telekommunikasiya şirkəti ilk “5G” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən məlumat verir ki, “Mate 20x” smartfonu Çində “5G” rabitə şəbəkəsinə giriş üçün ilk lisenziya alıb. Smartfonun qiyməti təxminən 900 dollar təşkil edəcək.
Çin korporasiyası beynəlxalq iqtisadi sanksiyalarla təhdid edilir, çünki ABŞ hökuməti belə hesab edir ki, “Huawei” şirkətinin məhsulu casusluq məqsədilə istifadə edilə bilər. Şirkətə ABŞ istehsalçılarından texnologiya və komponentlər satın almaq, həm də Vaşinqtonun icazəsi olmadan ABŞ-da biznes fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
ABŞ, həmçinin başqa ölkələri “5G” texnologiyasını dəstəkləyən avadanlığın yaradılması sahəsində Çin şirkəti ilə əməkdaşlıqdan imtina etməyə səsləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət