"Huawei" "Kirin 990 5G" prosessorunu təqdim edir
"Huawei" şirkəti IFA 2019 beynəlxalq konfransında Kirin 990 flaqman mobil prosessoru və onun 5G versiyasını təqdim etdi. Prosessorların yeni xətti ümumi məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq, enerji istehlakını azaltmaq, intellektual tapşırıqların və fotoşəkillərin işlənməsi göstəricilərini yaxşılaşdırmaq və mobil cihaz istifadəçilərinə mövcud 4G həlləri ilə müqayisədə imkanlar və rahatlığın daha yüksək səviyyəsini təklif etmək üçün yaradılıb.
"Kirin 990 (5G) - dünyanın ilk 5G prosessorudur ki, 5G rabitəsinin geniş tətbiqinin birinci mərhələsində yüksək sürətli məlumat ötürülməsinin yeni imkanlarına tam çıxışı təmin edəcək, - deyə Riçard Y. bildirdi - 5G dövründə istifadəçilərin artan ehtiyaclarına cavab vermək üçün, Kirin 990 (5G) məhsuldarlıq və enerji səmərəliliyi, intellektual hesablama və şəkillərin işlənməsi baxımından tamamilə yenilənib".
"Huawei Kirin 990" təqdimatı
Yeni nəsil şəbəkələrində super sürətli rabitə üçün dünyanın ilk flaqman 5G prosessoru
"Huawei Kirin 990" (5G) yeni flaqman prosessoru - dünyanın ilk 5G prosessorudur ki, smartfonlarda 5G rabitəsinin daha yığcam həyata keçirilməsini təmin edir. 7 nm+ EUV qabaqcıl texnologiya prosesi və inteqrasiya olunmuş 5G modemi sayəsində Kirin 990 yığcam və enerji baxımından səmərəli olmuşdur. Kirin 990 (5G) 5G şəbəkələrinin həm qeyri-avtonom (NSA), həm də avtonom (SA) arxitekturasını, eləcə də TDD/FDD tam tezlik diapazonlarını dəstəkləyən ilk tam-tezlikli 5G prosessoru olmuşdur ki, bu da ona yeni nəsil şəbəkələrinin bütün növ və rejimlərində işləməyə imkan verir. Balong 5000 5G çipi əsasında qurulmuş Kirin 990 (5G), bu sahədə rekord endirmə və yükləmə sürəti təmin edir: müvafiq olaraq 2.3 və 1,25 Gbit/s-ə qədər.
5G dövrünün intellektual tapşırıqlarının işlənməsi üçün yenilikçi NPU arxitekturası
Kirin 990 (5G) - böyük və kiçik NPU nüvələrini ehtiva edən Da Vinci arxitekturası üzrə qurulmuş, NPU neyron hesablamaların inteqrasiya olunmuş ikinüvəli modulu olan ilk qabaqcıl prosessordur. Böyük nüvələr çox resurs tələb edən tapşırıqlarda yüksək məhsuldarlıq və enerji səmərəliliyi təmin edir, bu sahədə ilk olan kiçik nüvələr isə öz üzərinə kiçik tapşırıqların yerinə yetirilməsini götürür ki, bu da nəticədə minimum batareya istehlakı ilə ən müxtəlif tətbiqlərin mümkün qədər tez işlənməsini təşkil etməyə imkan verir.
Yüksək məhsuldarlıq və enerji səmərəliliyi 5G smartfonları üçün yeni bir səviyyə müəyyən edir
Enerji sərfini azaltmaq üçün Kirin 990 mərkəzi prosessor modulu iki super böyük nüvəni, iki böyük nüvəni və 2,86 GHz-ə qədər dominant tezlikli dörd kiçik nüvəni ehtiva edən üç səviyyəli struktur əldə etmişdir. Bundan əlavə, Kirin 990 16-nüvəli Mali-G76 qrafik modulu və ağıllı axın paylanması üçün enerji istehlakını azaltmaqla keçirmə zolağına effektiv şəkildə qənaət edən Smart Cache sistem səviyyəli yeni bir keş ilə təchiz olunmuşdur.
Çox resurs tələb edən video oyunlarının işlənməsi üçün Kirin 990 (5G) proqram təminatı və aparat infrastrukturunun effektiv qarşılıqlı təsirini təmin edən Kirin Gaming+ 2.0 təkmilləşdirilmiş texnologiyasını dəstəkləyir ki, bu da müasir oyun proqramlarında sürət və rəvanlığın bu sahədə ən yaxşı göstəricilərinə nail olmağa imkan verir.
Şəkillərin işlənməsi üçün yeni ISP 5.0 prosessoru
Yeni smartfonların foto imkanlarını yaxşılaşdırmaq üçün Kirin 990 (5G) ilk dəfə blokların uzlaşdırılması texnologiyasından, 3D filtrasiyasından (BM3D) və peşəkar səviyyəli səs-küy azaltma aparat texnologiyasından istifadə edən yenilənmiş ISP 5.0 modulu qəbul etmişdir ki, bu da az işıqlandırma şəraitində daha parlaq və aydın şəkillər çəkməyə imkan verəcək.
Modul ilk dəfə video üçün videoçəkiliş rejimində şəklin daha dəqiq işlənməsini təmin edən ikiqat səs-küy azaltmadan istifadə edir. İntellektual seqmentasiya əsasında real vaxt rejimində videoların sonrakı işlənməsi və renderinqi kinematoqrafiya keyfiyyətli video çarxların alınması üçün hər bir kadr üçün parlaqlığın düzəldilməsini təmin edir.
Yenilənmiş "Huawei P30 Pro"nun təqdimatı
Yenilənmiş "Huawei P30 Pro" flaqmanı
IFA 2019 çərçivəsində keçirilən təqdimatda "Huawei" P flaqman xəttinin ən məşhur modellərindən birinə çevrilmiş yenilənmiş "Huawei P30 Pro" smartfonunu təqdim etdi. Yenilənmiş "Huawei P30 Pro" tutqun cilalama üsulu ilə alınmış iki yeni rəng variantı və korpus işləməsini əldə edib – Mystic Blue (mistik mavi) və Misty Lavender (lavanda). Bundan əlavə, HUAWEI P30 Pro fotoşəkillərin və videoların əlavə redaktə funksiyaları və gündəlik həyat üçün artırılmış sürətli iş və intellektual alqoritmlər sayəsində daha yüksək rahatlıq təmin edən yenilənmiş EMUI 10 interfeysi əldə edib.
"Huawei FreeBuds 3" qulaqlıqlarının təqdimatı
Təqdimatda təqdim olunan daha bir yenilik Kirin A1 güclü çipi əsasında qurulan "Huawei" FreeBuds 3 simsiz qulaqlıqları oldu. "Huawei" FreeBuds 3 sürətli və sabit qoşulma, yüksək səs keyfiyyəti və intellektual səs-küy azaldılması təmin edir. Bunlar dünyada həqiqi fəal səs-küy azaldılması əldə etmiş ilk açıq tipli simsiz qulaqlıqlardır. Erqonomik dizayn taxılma zamanı maksimal rahatlığı təmin edir, qabı dairə formasında hazırlanmışdır. Qulaqlıqlar iki rəngdə təqdim olunub: qara və ağ.
Kirin 990 prosessoru əsasında yeni Mate seriyasından olan yeni "HUAWEI" smartfonları artıq sentyabr ayında satışa təqdim olunacaq.
Qeydlər:
- Kirin 990 (5G) prosessorlarının xüsusiyyətləri onların bazasında yaradılmış smartfonların xüsusiyyətlərinə ekvivalent deyil.
- Testlərin bütün məlumatları və nəticələri "HUAWEI"in öz laboratoriyalarında sınaq nəticələrinə əsasən əldə edilmişdir. Faktiki nəticələr fərqli ola bilər və test şərtlərindən asılıdır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət