Huawei-in alternativ əməliyyat sistemi androiddən 60% daha sürətli işləyir
“Huawei”in alternativ əməliyyat sistemi olan “HohgMeng” və ya “Ark OS” barədə internet şəbəkədə getdikcə daha çox məlumat peyda olur. Bu sistem androidə əvəz olaraq hazırlanır.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin nəşri “Global Times” geniş hesabat dərc edib.
Mənbənin məlumatına görə, hazırda “Huawei” yerli internet nəhəngləri və digər smartfon istehsalçıları ilə əməkdaşlıqda “HongMeng”i intensiv şəkildə sınaqdan keçirir. Testlərdə “Oppo” və “Vivo” kimi digər smartfon istehsalçıları da iştirak edirlər.
Mənbənin vurğuladığı kimi, “Huawei” əməliyyat sistemi androiddən 60% daha sürətli işləyir. Bu, gözəl səslənsə də, inanmaq çətindir.
“Huawei Consumer Biznes Group”un strategiya üzrə direktoru Şao Young (Shao Yang), “HongMeng”in dəqiq istifadəyə verilmə tarixləri haqqında jurnalistlərin sualına belə cavab verib: "Bu, bir sirrdir".
Əməliyyat sisteminin istifadəyə veriləcəyi müddəti ilə bağlı şayiələr çox fərqlidir. “Global Times”, “HongMeng” quraşdırılmış “Huawei P40”ın gələn il mümkün olacağı anonsunu proqnozlaşdıran analitiklərə istinad edir.
Digərləri bunun avqust ayından oktyabr ayına qədər vaxtda baş tutacağını söyləyirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət