Slimfit
  1. TEXNOLOGİYA

“Huawei Honor Note 10” smartfonu təqdim edib

“Huawei Honor Note 10” smartfonu təqdim edib
Sakura

Çinin “Huawei” şirkəti “Honor Note 10” smartfonunu rəsmən təqdim edib

Çinin “Huawei” şirkəti “Honor Note 10” smartfonunu rəsmən təqdim edib. Şirkətin və bazarın ən böyük smartfonu olan “Note 10” 2220 х 1080 piksel təsvir ölçülü 6,95 düym diaqonallı “HDR10” texnologiyasını dəstəkləyən “AMOLED” ekranla təchiz edilib.

 

Operativ yaddaş 6 və ya 8 giqabayt, quraşdırılmış yaddaş 64 və ya 128 giqabayt təşkil edir. Quraşdırılmış yaddaşı “microSD” yaddaş kartları ilə genişləndirmək mümkündür.

 

Yeni qurğu 24 və 16 meqapiksel təsvir ölçülü və F/1.8 diafraqmalı əsas qoşa kameraya malikdir. Ön kamera 13 meqapikselli kamera ilə xarakterizə olunur. Bundan başqa, digər “Huawei” modellərində olduğu kimi, süni intellekt funksiyaları dəstəklənir.

 

Bildirilir ki, akkumulyator tutumu 5 min milliamper/saat təşkil edir. “Super Charge” texnologiyasının dəstəklənməsi sayəsində böyük akkumulyatoru 2 saata enerji ilə tam doldurmaq mümkün olur. Çəkisi 230 qrama bərabər smartfonun ölçüləri 177 х 85 х 7,65 mm təşkil edir. “EMUI 8.2” interfeysli “Android 8.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Honor Note 10” smartfonu qara və göy rəngdə təklif olunur.

 

Smartfonun qiyməti modifikasiyadan asılı olaraq 410, 470 və ya 525 dollar təşkil edir. Çində “Honor Note 10” smartfonunun satışlarına avqustun 1-dən etibarən başlamaq nəzərdə tutulur.

 

Mənbə: Faktxəbər.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR