Huawei flaqman smartfonları üçün sifarişlərini azaldır
Ayın əvvəlində “Foxconn”un, “Huawei” smartfonlarının toplandığı istehsal xətlərini dayandırdığına dair məlumatlar yayıldı. Daha sonra “Huawei” bunu yalan adlandıraraq, smartfonlarının istehsal səviyyəsinin normal olduğunu söylədi.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, indi internet şəbəkədə yeni şayiələr ortaya çıxıb. Mənbə, iyun ayının əvvəlində “Huawei”in həm indi, həm də gələcək flaqman smartfonlar üçün sifarişlərini azaltmağa başladığını iddia edir. Burada P30 xətti və gələcək “Mate” modelləri nəzərdə tutulur.
Mənbə, həmçinin, bu hesaba dair erkən məlumatları da xatırlayaraq, “Huawei”nin may ayında, büdcə smartfonlarının və digər platformalara (daha dəqiq desək, Snapdragon SoC-a) əsaslanan cihazlarının istehsalı üçün sifarişlərin bir hissəsini ləğv etdiyini iddia edir.
Yeni məlumatların doğru olub-olmadığı məlum deyil, lakin gec-tez “Huawei” sifarişlərini azaltmalıdır, çünki şirkət özü bu il satışlarının əhəmiyyətli dərəcədə düşəcəyini etiraf edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət