“Huawei” böhranı “Google”a neçəyə başa gələcək?
Amerikanın Çinin telekommunikasiya şirkəti “Huawei” üzərində tətbiq etdiyi sanksiyalar şirkətin özündən sonra ən çox “Google”a təsir edib. Bu sanksiya qərarı “Google”a neçəyə başa gələcək?
Facemark.az-ın məlumatına görə, Amerika hökumətinin aldığı qərardan sonra ötən həftə “Google” da “Huawei” ilə əməkdaşlığına məhdudiyyət qoyub.
Böhran “Google”a neçəyə başa gələcək?
“Nomura Instinet” tərəfindən açıqlanan hesabata görə, “Google”un “Huawei”in Anroid lisenziyasını dayandırması, texnologiya nəhənginə 425 milyon dollar gəlir itkisinə səbəb olacaq.
Qeyd etmək yerinə düşər ki, “Google”, tətbiq marketi “Play Store” üzərindən təkcə 2018-ci ildə 7 milyard dollar qazanıb. Bu gəlirin 388 milyon dollarını “Huawei”in ağıllı telefonları təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət