“Huawei” “ağıllı” şəhər üçün "sinir sistemi" yaradıb
“Huawei” şirkətinin “+AI Digital Platform” platforması datçik, kamera və hakimiyyət orqanlarından toplanılmış məlumatları real vaxt rejimində əks etdirən “3D” şəhər xəritə formasındadır. Operatorun səmərəli qərarlar qəbul etməsinə kömək məqsədilə sözügedən xəritəyə vəziyyətin inkişaf proqnozlarını generasiya edən süni intellekt inteqrasiya edilib. “Huawei” şəhər üçün öz əməliyyat sistemini Barselonada keçirilmiş “Smart City Expo World Congress”də təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “nanonewsnet.ru” saytına istinadən yazır ki, "şəhər insan orqanizmi ilə müqayisə edilə bilər: səmərəli şəkildə öyrənən və inkişaf edən sinir sistemi yaratmaq mümkündür” – vitse-prezident deyib.
“Huawei şirkəti şəhərin “sinir sistemi”ni – beyin (idarəetmə mərkəzi), mərkəzi sinir sistemi (şəbəkə) və periferik sinir sistemi (datçiklər) yaratmaq üçün bulud texnologiyaları, “əşyalar interneti”, video və sərhəd hesablamalarını süni intellektlə inteqrasiya etməyə müvəffəq olublar" – vitse-prezident izah edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət