Slimfit
  1. TEXNOLOGİYA

“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır
Sakura

“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış həcminə görə Cənubi Koreyanın “Samsung” şirkətini  ötmək niyyətindədir. Bu haqda “Huawei”nin rəhbərlərindən biri olan Riçard Yu deyib.
 
"Biz gələn il smartfonların satış həcminə görə birinci pilləyə çox yaxınlaşacağıq, ola bilsin ki, “Samsung” ilə eyni pilləni bölüşək. 2020-ci ildə isə bizim birinci olmaq şansımız daha çoxdur" – şirkətin rəhbəri “CNBC” telekanalına deyib.
 
ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, cari ilin ikinci rübündə Çin istehsalçısı smartfonların satış həcminə görə “Apple” korporasiyasını geridə qoymağa müvəffəq olub. Həmin dövrdə 54 milyon smartfon satıb ki, bu da əvvəlki illə müqayisədə 41% daha çoxdur.
 
Xatırladaq ki, 2017-ci ildə “Huawei” 151,3 milyondan çox cihaz, “Samsung” 317,3 milyon, “Apple” isə 215,8 milyon smartfon satıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR