Huawei 2 ədəd Kirin 9000 prosessoru təqdim edəcək
Artıq heç kim üçün sirr deyil ki, Huawei şirkəti Mate 40 flaqman smartfon seriyası üçün Kirin 9000 prosessorunun hazırlanması ilə məşğuldur. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət sözügedən prosessorun iki versiyasını təqdim edəcək. Bu barədə Gagadget saytı xəbər verib. Teme ləqəbli insayderin verdiyi məlumata əsasən Huawei şirkəti 2 ədəd Kirin 9000 prosessorunu təqdim edəcək: Kirin 9000 və Kirin 9000E.
Gözləntilərə əsasən birinci versiya əsas prosessor qismində ikinci versiya isə birincinin sadələşdirilmişi qismində çıxış edəcək. Prosessorların öz aralarında nə ilə fərqlənəcəyi bilinmir. Sadəcə olaraq güman etmək olar ki, əsas Kirin 9000 modeli yüksəldilmiş nüvə tezliyini əldə edəcək. Qeyd etmək lazımdır ki, Kirin 9000-in təqdimatı Berlindəki IFA 2020 sərgisində planlaşdırılırdı. Lakin son anda təqdimat təxirə salındı. Bəzi məlumatlara əsasən yeni mobil prosessor 10 sentyabrdakı HDC 2020 tədbirində təqdim olunacaq.
Mənbə: Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət