Dərc edildi: Baxış sayı: 463
“Huavey” Çin ordusunun layihələrini icra edirmiş - KİV
“Huavey” şirkətinin Çin ordusu ilə özünün bəyan etdiyindən daha sıx əlaqəsi olub.
Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.
Məlumata görə, şirkətin əməkdaşlarının bir hissəsi Çin ordusu üçün nəzərdə tutulan tədqiqat layihələrində işləyib:
“Son 10 il ərzində “Huavey” Çin ordusunun müxtəlif orqanları ilə səylərini birləşdirib. Şirkət ordunun radioəlaqə və süni intellektlə bağlı olan ən azı 10 tədqiqat layihəsində iştirakçı olub. Bu layihələr daha çox onlayn məkanda çarxlarla insan emosiyalarını müəyyən etməyə və təsnifatlandırmağa xidmət edən texnologiyaların hazırlanması ilə əlaqədar olub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət