HRW ABŞ-ın Əfqanıstandakı cinayətlərini sərt tənqid etdi
Human Rights Watch (HRW) insan haqları təşkilatı nəşr etdiyi sonuncu hesabatın, Əfqanıstanda olan ABŞ qüvvələrinin xalqa qarşı cinayətlərinin Talibanın cinayətlərindən daha çox olduğunu bildirib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, HRW hesabatında, ABŞ-ın Əfqanıstandakı hərbi birliklərinin özbaşına bir şəkildə Əfqanıstan xalqını qətlə yetirdiyini qeyd edib.
Hesabatda Türkiyə haqqında da geniş əhatəli bir qiymətləndirmə var. HRW-nin hesabatına görə, Türkiyədə son 4 ildir qanunun aliliyi və demokratiya sahələrində ciddi bir eroziya baş verib.
Hesabatda icra orqanının və siyasətin məhkəmə üzərindəki nəzarət və təsirinin artması, məhkəmələrin sistematik olaraq əsassız ittihamları qəbul etməsi, inandırıcı sübutlar olmadan hökumətin siyasi müxalif olaraq qəbul etdiyi jurnalist, siyasətçi, ictimai fəal və insan haqları müdafiəçiləri haqqında hökm verdiyi qeyd edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət