Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hovuz suyu hansı göz xəstəliklərinə səbəb olur?

Hovuz suyu hansı göz xəstəliklərinə səbəb olur?
Sakura

Hovuz suyu hansı göz xəstəliklərinə səbəb olur?

Oftalmoloq Evren Baca yay aylarında insanları gözləyən təhlüklərdən danışaraq yay mövsümündə göz xəstəliklərinin kəskin şəkildə artdığını bildirib.

Gencaile.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim bu artımı hovuz suyu ilə əlaqələndirib. Həkimin sözlərinə görə, yayda hovuzlarda sərinləməyə çalışanların göz xəstəliklərinə yaxalanma riski çox böyükdür.

“Xüsusilə onlarla insanın eyni vaxtda daxil olduğu böyük hovuzlar əsl təhlükə mənbəyi hesab edilir. Gözdə infeksiya yaranmaması üçün gigiyenik qaydalara əməl edildiyindən əmin olduğunuz hovuzlara girin, dəniz eynəyindən istifadə edin və ən əsası hovuzdan çıxan kimi sabunlu su ilə yuyunun”.

Həkim Evren Baca bildirir ki, hovuz suyu təhlükəli göz problemlərinə səbəb ola bilər:

“Göz ən həssas orqanlarımızdan biridir. Hovuz suyu ən çox gözlərə təsir edir. Dezinfeksiya edilməmiş hovuz suyundan gözlərə bakteriya, virus və ya parazit yoluxa bilər. Belə hallarda ilk növbədə buynuzlu qişa zərər görür. Gözdə qızartı, yanma, göz qapaqlarında şişkinlik və gözün içərisində su toplanması kimi hallar müşahidə edilir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Həkim problemin hansı səbəblərdən qaynaqlandığını nəzərə alaraq uyğun müalicəyə başlamalıdır.

Belə vəziyyətlərdə gözə gec müdaxilə etmək orqanın həmişəlik zədə almasına və gələcəkdə görmə problemlərinə gətirib çıxara bilər”.

Həkim onu da vurğulayır ki, hovuzdakı tək təhlükə təmizlənməmiş su deyil. Dezinfeksiya üçün suya həddən artıq xlor vurulan hovuzlar da gözlərə zərər verə bilər.

“Hovuz suyunda xlorun səviyyəsi 0.3-0.6mq., suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır. Hovuza girənlər hər ehtimala qarşı dəniz eynəyindən istifadə etsinlər”.

Həkimin sözlərinə görə, uzun müddət hovuzda qalanlar və linzalardan istifadə edənlər göz infeksiyalarına daha tez yoluxurlar.

Doktor Evcen Baca sonda onu qeyd edir ki, hovuz suyundan keçən infeksiyalar yoluxucudur və buna görə də infeksiyaya yoluxmuş şəxslərlə təmas zamanı diqqətli olmaq lazımdır:

“Xəstənin gözündən axan suya təmas etdikdə dərhal əlləri antibakterial sabunla yumaq lazımdır. Xəstənin üz dəsmalından başqaları istifadə etməməlidir. Dəsmal ayrı yuyulmalıdır. Göz damcısını gözə toxundurmadan istifadə etmək lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR