Dərc edildi: Baxış sayı: 505
Hotellər üçün müəyyənləşdirilən qaydalar onlayn səyahət agentliklərinə də tətbiq edilə bilər
“Çalışacağıq ki, hotellərə tətbiq olunan qaydalar booking.com və airbnb.ru kimi onlayn səyahət agentliklərinə də tətbiq olunsun”.
“Report” xəbər verir ki, bunu “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai deyib.
O qeyd edib ki, təmsil etdiyi qurum hotelçilik sahəsində Avropa qaydalarını tətbiq etməyə çalışır: “Avropa İttifaqı yeni qaydalar qoyub və bu, turizmə birbaşa təsir göstərir. Hazırda Avropa Komissiyası ilə bir neçə məsələ üzrə danışıqlar aparılır. Bunlar booking.com və airbnb.ru kimi onlayn səyahət agentlikləridir. Otellərə tətbiq olunan vergilər bu agentliklərə tətbiq olunmur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət