Dərc edildi: Baxış sayı: 508
Honkonqda koronavirusdan ilk ölüm hadisəsi baş verib
Bu gün Honkonqda yeni koronavirusun törətdiyi pnevmaniyadan ilk ölüm hadisəsi qeydə alınıb.
Bu barədə “Report” “South China Morning Post” nəşrinə istinadən xəbər verir.
Qəzet mənbələrinə görə, müalicə alan 39 yaşlı xəstə çərşənbə axşamı səhər ani infarkt səbəbindən ölüb.
Qeyd olunub ki, dünyasını dəyişən şəxs yanvarın 21-də Huvey şəhərinə sürət qatarı ilə gedib və iki gün sonra geri qayıdıb. Yanvarın 31-də tibbi yardım üçün müraciət edib.
Aparılan analizlərin nəticələrinə görə, xəstədə koronavirus aşkarlanıb. Bununla da Honkonqda koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 13 nəfərə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət