Slimfit
  1. AVTO VƏ MOTO

HONDA MOTOR CO., LTD

HONDA MOTOR CO., LTD
Sakura

HONDA MOTOR CO., LTD HAQQINDA

Honda Motor Co., Ltd. (yaponca 本田技研 工業 株式会社 Honda qiken koqyo kabusiki qaysya) - beynəlxalq sənaye şirkətidir, Yaponiyanın minik avtomobili və motosiklet, müxtəlif xüsusi texnika, həmçinin müxtəlif mühərriklər istehsalçısıdır, avtomobil istehsalçıları arasında dünyada ilk onluğa sahibdir . Məhsulun bir hissəsini "Dayhatsu" markası altında istehsal edir. Mənzil - qərargahı Tokioda yerləşir. Əsas istehsal müəssisələri Yaponiya, ABŞ, Hindistan və Braziliyada yerləşir, əsas satış bazarları ABŞ və Cənub-Şərqi Asiya ölkələridir. Honda şirkəti 1948-ci ildə ixtiraçı və sahibkar Soitiro Honda və maliyyəçi Takeo Fudzisava tərəfindən təsis edilmişdir. Şirkətin şüarı - "The Power of Dreams" ("Təsəvvür Gücü")

TARİXİ

Soitiro Hondanın sahibkarlıq fəaliyyətində ilk təcrübəsi 1938-ci ildə qarajda qurulan porşen halqalarının istehsalı oldu. İki ildən sonra o, Toyotadan böyük bir sifariş aldı, hansı ki, bunun yerinə yetirilməsi üçün yeni bir zavod qurmaq məcburiyyətində qaldı. II Dünya müharibəsindən sonra o, zavodunu Toyotaya satdı və marketinq strategiyası ilə məşğul olan, yeni şirkətin maliyyələşdirilməsini təmin edən Fudzisavanın köməyi ilə motosiklet istehsal etməyə başladı.

1946-cı ildə Honda Texniki Araşdırma İnstitutu (Honda Technical Research Institute) yaradıldı, 24 sentyabr 1948-ci ildə 20 işçisi olan bir şirkət olaraq qeydiyyatdan keçdi.

1948-ci ildə şirkət motosiklet istehsal etməyə başladı: 1949-cu ildə yaradıcıların bütün xəyallarını özündə əks etdirən, iki vuruşlu 98 kub mühərrikli "Dream" ("Arzu") modeli buraxıldı. Bu modelin bazara buraxılması ilə bərabər, satış təşkilatına yeni bir yanaşma hazırlanmışdır: həmin andan etibarən şirkət müəyyən bir ərazidə müəyyən məhsulları satmaq üçün distribyutor təyin etdi və bu da diler şəbəkəsini inkişaf etdirdi.

1950-ci ildə Honda əvvəllər olduğundan iki dəfə daha çox gücə malik dörd vuruşlu mühərrik hazırlamağa başladı, bunun sayəsində Honda motosikletləri tez bir zamanda məhşurlaşmağa başladı.

1954-cü ildə onlar Yaponiya bazarında payı 15%-ə çatdı. Həm də, 50-ci illərin sonuna qədər, Honda tərəfindən hazırlanan motosikletlər dünyanın ən nüfuzlu motosiklet yarışlarında qalib oldular.

1958-ci ildə şirkət, ilk növbədə, kiçik sahibkarlar üçün nəzərdə tutulan velosipedi əvəz edən Super Cub motosiklet modelini təqdim etdi: ucuz, asan və təhlükəsiz idi. Yeni modelə tələb o qədər böyük idi ki, ayda 30 min motosiklet istehsal edəcək yeni bir zavod tikdi.

1959-cu ildə ABŞ-da American Honda Motor Company, Inc adı altında şirkətin törəmə müəssisəsi quruldu, 1982-ci ildə isə şirkət ABŞ-ın Ohayo ştatında avtomobil zavodu açdı.

Motosiklet istehsalında özü üçün bir ad yaratdıqdan sonra, 1962-ci ildə şirkət avtomobil istehsalına başladı. İlk olaraq bir yük maşını yarandı, növbəti model iki nəfərlik idman maşını oldu.

1963-cü ildə ilk Honda avtomobilinin istehsalına başlandı - Honda T360 pikapı və Honda S500 idman maşını.

1964-cü ildə kütləvi istehsal üçün nəzərdə tutulmuş bir zavodu istismara verdi. Bundan əlavə, 1962-ci ildə Honda öz fabriklərinə avadanlıqların istehsalı üçün zavod yaradır, hansı ki, daha sonra Honda Engineering Co., Ltd. əsası olacaq.

1973-cü ildə Sivik (Civic) modelini yaratmaqla Honda, olduqca yüksək keyfiyyətli kompakt, ucuz avtomobil istehsalçısı kimi tanındı. Həmin il, şirkət 25 illik yubileyini qeyd edərkən, Soitiro Honda prezidentlik postunu tərk etdi və o vaxtdan bəri şirkətin işlərində demək olar ki, iştirak etmədi.

1976-cı ildə dünya şöhrətli, Honda Accord modeli təqdim edildi. İlk olaraq heçbek banal hazırlanmışdır. 1977-ci ildə Honda Accord-un sedan ban modeli təqdim edildi.

PRELUDE modeli ilk dəfə 1978-ci ildə buraxıldı. PRELUDE Honda avtomobilləri arasında xüsusi bir yer tutur. Bu güclü mühərriklə təchiz olunmuş bir idman kupesidir.

1985-ci ilin fevral ayında Honda Integra-nın sedan və kupe variantı təqdim edildi. ABŞ-da bu model Acura Integra markası altında satılır. 1997-ci ilin payızında daha güclü bir model təqdim edildi - Integra Type R - idman kupesi.

1985-ci ilin sentyabr ayında azlitrajlı HONDA Life (Today) avtomobili buraxıldı. 1993-cü ilin yanvar ayında Honda Life avtomobillərinin yeni nəsli meydana gəldi. 1997-ci ilin aprel ayında Life mikroveni işə salındı.

1986-cı ildən etibarən Honda robotların hazırlanmasına və istehsalına başladı. Həmçinin 1986-cı ildə premium-sinif avtomobillər istehsal edən Acura bölməsi yaradıldı, bu 80-ci illərin sonunadək Hondanın ən böyük avtomobil istehsalçılarından biri olmasına imkan verdi.

1989-cu ilin fevral ayında Çikaqoda universal Honda HR-V avtomobili təqdim edildi, 1990-cı ilin yayında istehsalata buraxılmışdır. Hazırkı dəyişiklik 1998-ci ildə Tokioda təqdim edilmişdir.

Accord lüks modelinin modifikasiyası Honda Inspire/Saber ilk dəfə 1989-cu ilin sentyabr ayında təqdim edilmişdir. Yeni modifikasiya 1995-ci ildə yaranmışdır.

80-ci illərdə demək olar ki, hər bir şirkət öz super avtomobilini təqdim etməyə çalışırdı, "Honda NSX" modeli bir çoxlarına əminliklə qalib gəldi. Ən son texniki və elektron yeniliklərlə təchiz olunmuş bu model, "Gran Turismo" sinif bazarında şirkəti inamla bərkitdi. Avtomobil 1990-cı ilin yayında istehsala buraxılıb. 1992-ci ilin noyabr ayında yüngülləşmiş NSX-R modeli, 1995-ci ildə üstü açıq NSX-T variantı yaradıldı.

İlk dəfə 1990-cı ilin oktyabr ayında Legend sedanı, 1990-cı ilin noyabr ayında isə kupe variantı təqdim olundu. 1996-cı ildə üçüncü nəsil Honda Legend Cenevrədə tanıdıldı.

1994-cü ilin oktyabr ayında Odyssey (Avropada Shuttle) minivanı təqdim edildi. 1998-ci ilin sonlarında ortaya çıxan Şimali Amerika Odyssey-i yapon versiyasından daha böyük ölçüdədir. 1999-cu ilin payızından etibarən, bu avtomobil Lagreat adı altında Yaponiyada da göründü.

1995-ci ilin oktyabr ayında Honda CR-V çox məqsədli universalı buraxıldı. 1997-ci ilin baharından etibarən Avropada tam ötürücülü modeli satılır.

1995-ci ilin payızında Tokio avtosalonunda HONDA S-MX miniveni təqdim edildi. 1996-cı ilin noyabr ayında satışa çıxarılıb. Yalnız daxili bazar üçün istehsal olunur.

1996-cı ilin oktyabr ayında avropalılar arasında yaxşı tələbata ümid edən, 12 il aradan sonra, yeni model olan Honda-Logo (əvvəllər Honda Jazz idi) Avropaya qayıtdı.

Hazırda buraxılan 5-ci nəsil Prelude ailəsi 1997-ci ilin əvvəlində Avropada satışa çıxdı. Modelin xarici dizaynı kupe avtomobillərinə uyğundur: uzun motor qapağı(kapot), aşağı dam, sərt xətlər.

1999-cu ilin mart ayında Cenevrədəki beynəlxalq avtomobil sərgisində S2000 modeli "İlin Cabriolet" adına layiq görülmüşdür. Bu avtomobilin buraxılması 1998-ci ilin payızında qeyd olunan Hondanın 50 illik yubileyinə həsr olunmuşdur. Honda S2000 1965-ci ildə buraxılan Honda S800 ilk idman avtomobilinin varisidir.

1999-cu ildə Detroit avtosalonunda iki yerlik idman kupesi Insight-ın təqdimatı oldu. Artıq seriya modelinin Avropa təqdimatı həmin ilin payızında Frankfurtda, Mayndə baş tutmuşdur.

1999-cu ilin sonunda yaponiyalı müştərilərə Inspire/Saber-in ölçüsünə bənzər 5 qapılı universal "lüks"-sinif yeni Avancier modeli təqdim edildi.

2004-cü ildə ABŞ-da Honda Aero törəmə şirkəti yaradılıb. Onun əsas fəaliyyət istiqaməti GE ilə birgə hazırlanmış reaktiv mühərriklərin istehsalı olmuşdur. Şirkətin mənzi-qərargahı və ilk zavodu Berlinqton (Şimali Karolina) şəhərində yerləşir.

2006-cı ilin oktyabr ayında Qrinsbor (həmçinin Şimali Karolina ştatında) şəhərində reaktiv təyyarələrinin istehsalı üzrə zavod işə başlamışdır və 2016-cı ilin aprel ayında Berlinqtonda zavod əhəmiyyətli dərəcədə genişlənmiş və müasirləşdirilmişdir. 2006-cı ilin dekabr ayında fotoelektrik elementlərin inkişafı ilə məşğul olan Honda Soltec törəmə şirkəti yaradılmışdır. 2008-ci ildə bu şirkət mis, indium, qallium və selen (bu sadalananlar kimyəvi elementlərdir) əsaslı CIGS-in nazikpərdə elementlərini inkişaf etdirməyə müvəffəq olmuşdur. Lakin sonrakı illərdə şirkət rəqiblərindən geridə qalmağa başladı və 2013-cü ilin sonunda onu ləğv etmək qərara alındı.

11 Mart 2011-ci ildə baş verən zəlzələ Hondanın Totihidə yerləşən araşdırma mərkəzini xeyli zədələdi, Yaponiyadakı şirkətin bütün fabriklərində işlər bir ay təxirə salındı, şirkətə dəymiş zərər 45,7 milyard yüən (500 milyon dollar) qiymətləndirildi.

Forbes Global 2000-nin dünyanın ən böyük ictimai şirkətləri siyahısında 2016-cı ildə Honda 74-cü, dövriyyəsinə görə 36-cı, xalis mənfəətinə görə 132-ci, aktivlərinə görə 175-ci, bazar kapitalllaşmasına görə 176-cı sırada yer almışdır. Honda həmçinin ən bahalı markaların siyahısında 23-cü, ABŞ-ın ən yaxşı işəgötürənlər siyahısında 239-cu yerdədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR