Dərc edildi: Baxış sayı: 380
Hollandiyada toy karvanına qəribə qadağa
Hollandiyada toy karvanları ilə bağlı yeni qayda hazırlanır.
Axar.az xəbər verir ki, Rotterdam bələdiyyəsi toy karvanına xəbərdarlıq edən polislərdən birinin döyülməsindən sonra belə qərar qəbul edib.
Yeni qaydaya əsasən, bundan sonra ev sahibləri 6 həftə əvvəl bələdiyyəyə müraciət edərək icazə istəməli, toy karvanına qatılacaq maşın və adamların sayı barədə əvvəlcədən detallı məlumat verməlidir.
Baş verəcək hər hansı xoşagəlməz hadisəyə görə ev sahibləri məsuliyyət daşıyacaq. Qaydalar pozulduğu halda toy sahibləri toyda iştirak edən hər kəsə görə ayrıca cərimə ödəyəcəklər.
Qeyd edək ki, ötən həftə Rotterdamda yol qaydalarını pozan toy karvanına xəbərdarlıq edən polis qonaqlar tərəfindən döyülmüşdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət