Hollandiyada bu avtomobillərin istifadəsinə qadağa qoyulacaq
Hollandiyada benzin və dizellə işləyən avtomobillərin istifadəsinə qadağa qoyulacaq.
Publika.az xəbər verir ki, qərar hələ ki paytaxt Amsterdam üçün keçərli olacaq.
Ətraf mühit və havanın çirklənməsi yanlış qidalanma və hərəkətsizlikdən sonra sağlamlığa təhdid olaraq üçüncü səbəb kimi göstərilir. Məhz təbiətin qorunmasına görə dizel və benzin motorlu avtomobillər 2030-cu ilə qədər paytaxtdan tamamilə yığışdırılacaq.
Hollnadiya mətbuatı qərarın bu ayın sonunda şəhər şurasında müzakirə ediləcəyini açıqlayıb. Qərar çərçivəsində ilkin mərhələdə 2020-ci ilə qədər 15 il fəaliyyət göstərmiş avtomobillərin istifadəsinə qadağa qoyulacaq. Daha sonra bu kateqoriyada olan bütün avtomobillər yollardan yığışdırılacaq.
Alternativ olaraq elektirklə işləyən avtomobillərin istifadəsinə icazə veriləcək.
Qeyd edək ki, Hollandiyada əhalinin əsas nəqliyyat vasitəsi velosipeddir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət