Slimfit
  1. DÜNYA

Hollandiya rəsmən Niderland adlandırılıb

Hollandiya rəsmən Niderland adlandırılıb
Sakura

Hollandiya rəsmən Niderland adlandırılıb

Hollandiya 2020-ci ilin 1 yanvarından rəsmi olaraq Niderland adlandırılmağa başlayıb.

Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir. 

Bildirilir ki, yerli hakimiyyət orqanları, özəl şirkətlər və ali məktəblər yalnız Niderland adından istifadə edəcəklər.

Hökumətin fikrincə, bu qərar yenidən ölkəyə turizm axınını şaxələndirəcək. İndi səyahətçilərin çox hissəsi məhz Amsterdam, Harlem  Haaqa şəhərləri ilə tarixi Hollandiyaya baş çəkir. Bu şəhərlər çətinliklə turizm axınının öhdəsindən gəlirlər.

Hakimiyyət islahat adı ilə turistlərin qeyri-populyar regionlara marağını cəlb etmək, həmçinin "narkomanlar üçün cənnət" imicindən qurtulmaq niyyətindədir. Eyni zamanda "qırmızı fənərlər kvartalı" üzrə ekskursiyalar demək olar, tamamilə ləğv edilib və qanuni əxlaqsızlıq yuvalarının sayı azalır.

Hakimiyyət orqanları ad islahatına 200 min avro vəsait ayırıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR