Slimfit
  1. CƏMİYYƏT

“Holcim Azərbaycan” tullantıların idarə olunmasında həll yollarını təklif edir

“Holcim Azərbaycan” tullantıların idarə olunmasında həll yollarını təklif edir
Sakura

“Holcim Azərbaycan” tullantıların idarə olunmasında həll yollarını təklif edir

Ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və materialların təkrar emalı kimi mövzuları əhatə edən X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi öz işinə başladı.

“Holcim Azərbaycan” bu sərgidə innovativ həll yolları ilə qoşularaq, təkər və neft tullantılarının utilizasiyası ilə bağlı imkanlarını və həllərini nümayiş etdirdi. Bu texnologiya LafargeHolcim qrupuna daxil olan 50 ölkədə yerləşən 180 sement zavodunda tətbiq olunur və sərgidə Geocycle brendi altında təqdim olundu.

“Holcim Azərbaycan” öz beynəlxalq təcrübəsinə əsaslanaraq Azərbaycanda tullantıların dayanıqlı idarə edilməsi modelini təklif edir. Buraya təkər, neft və digər tullantıların sement sobalarında ekoloji qaydalara uyğun olaraq utilizasiyası mümkündür.

Bu həllər AMT-ın (Ağır Məişət Tullantıları) zibil poliqonuna aparılması ilə bağlı öhdəliklərin azaldılmasını, tullantıların idarə edilməsi imkanlarının yaxşılaşdırılmasını və daha təmiz yaşayış mühitinə töhfə verilməsini təmin edir. Əlavə sərmayə yatırmaqla, innovativ, xərc baxımından qənaətli və ekoloji cəhətdən üstün olan bu üsulu Holcim-in Qaradağ Sement zavodunda həyata keçirmək olar. 

Yuxarıda sadalanan təkliflərin həyata keşirilməsi ilə bağlı “Holcim Azərbaycan” artıq bir sıra uğurlar adımlar atıb. Ötən ilin oktyabr-dekabr aylarında  neft tullantıları və yararsız təkərlərlərlə ilk sınaqlar həyata keçirilib və müstəqil laboratoriya tərəfindən müvafiq analizlər götürülmüşdür.

Nəticələrə əsasən işlənmiş şin və neft şlamının birgə emal üsulu ilə utilizasiyası zamanı yaranan emissiyalar qəbul edilmiş normalardan aşağı olmuşdur ki, bu layihənin ekoloji cəhətdən müsbət olduğunu təzahür etdirir. 

“Geocycle - LafargeHolcim” qrupuna daxil olan və tullantıların idarə olunması xidməti göstərən aparıcı qlobal operatorlardan biridir. Bizim yanaşmamız - müştərilərimizin və cəmiyyətimizin tullantılarını minimuma endirmək və təyinatını dəyişdirmək üçün ən səmərəli və davamlı həllər tapmaqdır. https://www.geocycle.com

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR