Dərc edildi: Baxış sayı: 314
“Hoffenhaym”ın baş məşqçisi Bundesliqada rekorda imza atıb
Almaniyanın “Hoffenhaym” komandasının baş məşqçisi Yulian Naqelsmann rekorda imza atıb.
“Report” xəbər verir ki, XVIII turda “Bavariya”ya 1:3 hesabı ilə uduzduqları görüş onun üçün əlamətdar olub. Nalqesmann Bundesliqa tarixində komandasını 100-cü matçda çıxaran ən gənc mütəxəssis kimi tarixə düşüb.
O, buna 31 yaş 179 günlüyündə nail olub.
Qeyd edək ki, “Hoffenhaym” 25 xalla 7-ci pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət