Slimfit
  1. DÜNYA

Hitler niyə atom bombası yarada bilmədi?

Hitler niyə atom bombası yarada bilmədi?
Sakura

Hitler niyə atom bombası yarada bilmədi?

Nasist Almaniyasının rəhbərliyi nüvə silahının yaradılmasını prioritet hesab etmədiyinə və alman atomçuları ciddi maliyyənin ayrılmasını tələb etmədiklərinə görə Hitler nüvə silahını yarada bilməyib.

"RİA Novosti" xəbər verir ki, bunu "Kurçatov İnstitutu" Milli Tədqiqat Mərkəzinin direktorunun müşaviri Andrey Qaqarinski deyib.

Onun sözlərinə görə, Almaniya rəhbərliyi bu tapşırığı prioritet hesab etməməsi səbəbindən onu məhdud çərçivədə həyata keçirmək qərarına gəlib:

"Hitler atom proqramına görə cavabdehlik daşıyan alimləri heç vaxt qəbul etməyib. Üstəlik, nüvə silahını hazırlamaq üçün vaxt çatmayıb".

A.Qaqarinski bildirib ki, bu sahədə sonuncu uğursuz eksperimenti Nobel mükafatı laureatı Verner Heyzenberq 1945-ci ilin mayında həyata keçirib:

"Heyzenberqin öz sözlərinə görə, tapşırığı yerinə yetirmək üçün ciddi vəsait ayrılmasını xahiş etməyə mənəvi cəsarəti çatmayıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR