Dərc edildi: Baxış sayı: 729
“Hispano Suiza” yeni modelini təqdim etdi
“Hispano Suiza Automobile Manufaktur AG” şirkəti yeni modelini təqdim edib.
“Ölkə.Az” xəbər verir ki, ispan şirkətinin ilk seriya istehsalı olan hiperkarı təqdim edilib. Yeni model yerindən 100 km/saat sürəti 2.8 saniyəyə əldə edir.
“Maguari HS1 GTC” adlı yeni model V10 obrazlı, 5.2 litr həcmli mühərriklə təchiz edilib. Mühərrik “Lamborghini Huracan” modelindən götürülüb. 7 pilləli sürətlər qutusu ilə çalışan mühərrikin maksimal sürəti 380 km/saatdır.
Kupe alüminium və karbondan hazırlanıb. Avtomobilin çəkisini 1780 kq təşkil edir. Şirkət 300 ədəd hiperkar istehsalını planlaşdırır. Bir modelin qiyməti 2.2 milyon avro nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət