'HiPP'in Azərbaycandakı rəsmi nümayəndəsi olan şirkət cərimələnib
Dövlət Əmək Müfəttişliyi Xidməti "HiPP Avstriya" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan "Diplomat-I" firması barədə protokol tərtib edib.
"Report"un xəbərinə görə, Səbail Rayon Məhkəməsi firmanı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Səbail Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarından "Diplomat-I” firması tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Hipp" uşaq qidaları istehsal edən şirkətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət