Slimfit
  1. DÜNYA

Hindistanda dünyanın ən hündür abidəsi ucaldılıb

Hindistanda dünyanın ən hündür abidəsi ucaldılıb
Sakura

Hindistanda dünyanın ən hündür abidəsi ucaldılıb

Gələn həftə Hindistanda dünyanın ən hündür heykəli – görkəmli siyasi xadim, 1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri Sərdar Vallabhbhainin abidəsinin açılışı olacaq.

CNN telekanalı xəbər verir ki, Hindistanın Qujarat ştatında Narmada çayı sahilində ucaldılan 182 metr hündürlüyü olan abidənin oktyabrın 31-də keçiriləcək açılış mərasimində layihənin təşəbbüskarı, ölkənin Baş naziri Narendra Modi iştirak edəcək.

Baş nazir Modi 2013-cü ildə bu abidənin təməlqoyma mərasimində bildirmişdi ki, “...hazırda bütün dünya hündürlüyü 93 metr olan Amerikadakı Azadlıq heykəlindən danışır. Biz Sərdar Vallabhbhainin ondan ikiqat hündür heykəlini ucaltmaq istəyirik”.

Sözügedən iddialı layihə Hindistanın Baş naziri tərəfindən hələ 2010-cu ildə ictimaiyyətə təqdim olunmuşdu. N.Modi həmin vaxt Qujarat ştatının naziri idi. Abidənin tikintisi işlərinə Qujarat ştatı, federal hökumət büdcəsi və özəl şirkətlərin 410 milyon dollar məbləğində vəsaiti cəlb olunub. Bundan başqa, Baş nazir əyalət fermerlərini də abidənin ucaldılması üçün ianələr verməyə çağırıb.

Hindistanın hökumət başçısı gələcəkdə ölkənin milli rəmzi olacaq yeni və daha hündür “Şivaji” heykəlinin də ucaldılması da nəzərdə tutulur. Hind okeanının sahilində - Mumbai şəhərində qoyulacaq bu heykəlin hündürlüyü 212 metrə çata bilər.

 

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR