Dərc edildi: Baxış sayı: 538
Hindistan orbitə dünyanın ən yüngül peykini göndərib
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) orbitə ən yüngül peyk olan "Kalamsat-V2"ni göndərib.
Trend-in məlumatına görə, peyki tələbələr yığıb. Onun çəkisi 1,26 kq təşkil edir, o, kosmosa "PSLV-C44" daşıyıcı raketin göyərtəsində qalxıb.
"Kalamsat-V2" ilə yanaşı daşıyıcı raket həmçinin ölkənin "Microsat-R" adlı çəkisi 740 kq olan hərbi peykini də orbitə çıxarıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət