Dərc edildi: Baxış sayı: 870
Hindistan müğənnisi erməni işğalındakı torpağımızda klip çəkdirdi
Tanınmış hesab edilən Hindistan müğənnisi Tare Bare Azərbaycanın işğal altındakı Xankəndi şəhərində klip çəkdirib.
Moderator.az xəbər verir ki, bu haqda xəbəri separatçı saytlar Bako Saakyanın “mətbuat katibi” sayılan David Babayan ad-soyadlı adamabənzər məxluqun “Facebook” səhifəsinə istinadla yayıb. Separatçı məmur şərhinin sonunda yazıb: “Yaşasın erməni-hind, Artsax-Hindistan dostluğu!”..
Azərbaycanın dövlət sərhədini qanunsuz şəkildə pozan hind müğənni bu klipi Karan Radhavan adlı hind xanımla çəkdirib. Əslində Tere Bare o qədər tanınmış müğənni olmasa da, martın 13-də “You Tube”də paylaşılmış videoya artıq 3 milyona yaxın baxış var.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət