Slimfit
  1. DÜNYA

Hindistan dünyanın ən çox kitab oxunan ölkəsidir

Hindistan dünyanın ən çox kitab oxunan ölkəsidir
Sakura

Hindistan dünyanın ən çox kitab oxunan ölkəsidir

Dünyada ən çox kitab oxunan 10 ölkə arasında Asiyanın 6, Avropanın isə 4 ölkəsi yer alıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, vətəndaşları orta hesabla həftədə 10 saat 42 dəqiqə kitab oxuyan Hindistan siyahıya başçılıq edir. Dünyada ən çox kitab oxunan ölkələr reytinqində Hindistanın ardınca Tailand (9 saat 24 dəqiqə) və Çin (8 saat) gəlir.

Siyahıda növbəti yerləri Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6

dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macarıstan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) tutur.

Kitab oxuma reytinqində vətəndaşların həftə ərzində mütaliəyə ayırdığı orta vaxt əsas götürülür. İndeksin müəyyən olunması üçün, həmçinin qəzet, jurnal kimi nəşrlərin oxunmasına da bal verilir.

Dünyada ən çox oxunan kitabların reytinqində isə birinci yeri “Qurani-Kərim” tutur. Sonrakı yerlərdə İncil və Mao Zedunun bəyanatlarının çap olunduğu “Maonun seçilmiş sözləri” adlı kitabı gəlir. Siyahıda ilk beşlikdə Migel de Servantesin “Don Kixot” romanı və Coan Roulinqin “Harri Potter” romanlar seriyası yer alır.

Çarlz Dikkensin “İki şəhərin hekayəsi”, Con Ronald Ruelin “Üzüklərin hökmdarı” trilogiyası, Antuan Sent-Ekzüperinin “Kiçik şahzadə”, Lüis Kerrolun “Alisa möcüzələr diyarında” və Aqata Kristinin “10 zənci balası” əsərləri də dünyada ən çox oxunan kitablar arasındadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR