Dərc edildi: Baxış sayı: 446
Hindistan dünyada ən yüngül peyki orbitə çıxarıb
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) dünyanın ən yüngül peyki – “Kalamsat-V2”-ni orbitə çıxarıb. Bu haqda Hindistanın “NDTV” telekanalı məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sözügedən peykin çəkisi 1,26 kq-dır. Aparat “Space Kidz India” özəl təşkilatının dəstəyi ilə hindistanlı tələbələr tərəfindən yığılıb. “Kalamsat-V2” peykinin orbitə uğurlu çıxarılmasından sonra “ISRO”-nun direktoru ölkənin bütün tələbələrini kosmik tədqiqatlar sahəsində əməkdaşlığa səsləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət