Slimfit
  1. AZƏRBAYCAN

Himni oxumamaq məsuliyyətə səbəb olacaq

Himni oxumamaq məsuliyyətə səbəb olacaq
Sakura

Himni oxumamaq məsuliyyətə səbəb olacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

Modern.az-ın məlumatına görə, gündəliyə daxil edilən “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri barədə məlumat verilib.

Qeyd edilib ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunlarının tətbiqi məqsədi ilə hazırlanıb. 

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit edilib, 75-ci maddəsində bu rəmzlərə hörmət vətəndaşların əsas vəzifələri kimi müəyyən olunub.  “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq,  dövlət rəmzlərimiz haqqında yeni qanunların qəbul edilməsi zərurəti yaranıb.

Qanun layihələri Dövlət Gerbinin istifadəsi qaydalarını, Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi, istifadəsi hallarını və qaydalarını müəyyən edir. Hər iki qanun layihəsi preambuladan və 9 maddədən ibarətdir.

Layihələrdə Dövlət Gerbi və Dövlət himni haqqında ümumi müddəalar, bu sahədə qanunvericilik, müəyyən edilmiş vəzifələr, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin vurulduğu yerlər, Dövlət Gerbinin rəngli təsvirinin istifadəsi, Dövlət Himninin ifa edildiyi hallar, ifaya, dinlənilməyə və istifadəyə dair tələblər, dövlət rəmzlərimizlə əlaqədar məhdudiyyətlər, bu qanunlarun pozulmasına görə məsuliyyət və yekun müddəalar təsbit edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR