Dərc edildi: Baxış sayı: 306
Pensiyalar bu qədər artacaq - DSMF
“Pensiya məbləğində bu il üçün 10,8% indeksləşmə gözlənilir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi fevralın əvvəli üçün lazımi məlumatı bizə təqdim etməlidir.
Sədr əlavə edib ki, qərar qəbul ediləcəyi təqdirdə gələn ay iki ayın birgə məbləği pensiyanın üzərinə əlavə olunaraq vətəndaşlara ödəniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət