Slimfit
  1. AZƏRBAYCAN

Hikmət Hacıyev xarici ölkələrdəki vətəndaşlarımızın təxliyyəsi prosedurundan danışdı

Hikmət Hacıyev xarici ölkələrdəki vətəndaşlarımızın təxliyyəsi prosedurundan danışdı
Sakura

Hikmət Hacıyev xarici ölkələrdəki vətəndaşlarımızın təxliyyəsi prosedurundan danışdı

“Hazırda Xarici İşlər Nazirliyində operativ qərargah fəaliyyət göstərir. XİN tərəfindən səfirliklərin müraciətləri toplanır”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, məlumatlar vahid bazada yığılır:

“Ondan sonra Prezident Adminstrasiyasına, Nazirlər Kabineti yanında operativ qərargaha bu barədə məlumat verilir. Ölkələr üzrə məlumatlar fərqlidir. Bəzi vətəndaşlarımız konsulluq qeydiyyatında olmayıb və onların yenidən konsulluq qeydiyyatına alınması prosesi aparılır.

Hər bir fərdi ölkələrə, vətəndaşların yığılma sayına uyğun olaraq, qlobal fövqəladə vəziyyəti nəzərə alaraq, burada prioritetlik dərəcəsi üzrə məsələlərə baxılır. Çünki azyaşlılar, qadınlar, xəstələr, tibib yardıma ehtiyacı olanlar və digər bu katerqiyadan olan insanlar var ki, birinci növbədə onların prioritetləşdirilməsi, ölkələr üzrə vətəndaşların təxliyyəsi prioritet olaraq qoyulub”.

“Rəqəmlərin toplanması davam edir, ölkələr üzrə priotetləşdirilməsi və potensial uçuş icazələri üzrə nəzərdə tutula biləcək və həmin ölkələr tərəfindən irəli sürüləcək tələblər də nəzərə alınaraq, məsələ konkret cədvəl və qrafik struktura salınır”, - deyə H.Hacıyev qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR