Dərc edildi: Baxış sayı: 671
Hikmət Hacıyev Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə…
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.
Trend-in məlumatına görə, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra boş qaldığı üçün H.Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət