Slimfit
  1. SİYASƏT

Hikmət Hacıyev: “Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə tanış olduqca Tovuzdakı təxribatın məqsədyönlü olması aydın olur”

Hikmət Hacıyev: “Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə tanış olduqca Tovuzdakı təxribatın məqsədyönlü olması aydın olur”
Sakura

Hikmət Hacıyev: “Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə tanış olduqca Tovuzdakı təxribatın məqsədyönlü olması aydın olur”

“Ümumiyyətlə, Ermənistanın özünə aid olan bir sənəddə başqa dövlətin ərazisinə dair şərhlərin verilməsi işğalçılıq siyasətinin bariz nümunəsidir”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bildirib.

“Sənəddə iddia olunur ki, Ermənistan ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara sadiqdir. Lakin bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə”, müdafiə nazirinin “yeni torpaqlar naminə yeni müharibə” kimi bəyanatları, qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdləri, eləcə də Strategiyada münaqişə ilə bağlı təxribatçı fikirlər sübut edir ki, Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir.

Sənəddə qeyd olunur ki, qondarma qurumun təhlükəsizliyini, eləcə də Ermənistan da daxil olmaqla xarici dünya ilə təhlükəsiz və şaxələnmiş kommunikasiyasını təmin edəcək lazımi müdafiə xətləri olmalıdır. Bununla Laçın rayonu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik digər işğal olunmuş rayonlara işarə edilir. Bu bir daha onu göstərir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyəti yoxdur.

Sənəddə bir neçə yerdə qeyd olunur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu işğalın açıq etirafıdır. Bundan əlavə iddia edilir ki, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdi qondarma qurumun əhalisinin fiziki mövcudluğuna təhdiddir. Əslində isə Ermənistanın işğalçı siyasəti Azərbaycanın mülki əhalisinin öz doğma torpaqlarında fiziki mövcudluğuna son qoyub. Ermənistan bir milyona yaxın qaçqın və məcburi köçkünü öz doğma yurdlarından qovmaqla etnik təmizləmə siyasəti həyata keçirib. 

Sənəddə qeyd olunur ki, danışıqlar prosesinin məqsədi “müharibənin nəticələrinin qorunması”dır. Bu açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətindədir və dayanıqlı sülhə xidmət edən danışıqlarda maraqlı deyil.   

Sənədlə tanış olduqca Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatının məqsədyönlü olması bir daha aydın olur”, - deyə H. Hacıyev vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR