Slimfit
  1. HƏRB

Hikmət Hacıyev: “Ermənistan o qədər quduzlaşıb ki, diplomatlar Bərdə və Tərtərdə olduqda da ətraf məntəqələri bombalamağa davam edir”

Hikmət Hacıyev: “Ermənistan o qədər quduzlaşıb ki, diplomatlar Bərdə və Tərtərdə olduqda da ətraf məntəqələri bombalamağa davam edir”
Sakura

Hikmət Hacıyev: “Ermənistan o qədər quduzlaşıb ki, diplomatlar Bərdə və Tərtərdə olduqda da ətraf məntəqələri bombalamağa davam edir”

“Tərtər şəhərində Ermənistan silahlı qüvvələrinin gün ərzində atdığı mərmilərin, mülki insanlara, yaşayış binalarına dəymiş zərərin bu gün bir daha şahidi olduq”.

Ens.az APA-nın məlumatına istinadən xəbər verir ki, bunu bu gün Bərdədə keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər quduzlaşıb ki, onlar diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə və Tərtər şəhərlərində olduqda da ətraf məntəqələri bombalamağa davam edirlər: “Onların hər hansı məsuliyyət hissi qalmayıb. Gördüyümüz kimi, onların hədəfi mülki insanlardır. Bu, Ermənistanın Xocalı genosidindən başlayan və bu gün də davam edən mülki insanlara qarşı hərbi və müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR