Slimfit
  1. SİYASƏT

Hikmət Hacıyev: “Ermənistan beynəlxalq informasiya məkanı və sosial şəbəkələrin çaşdırılması üçün müəyyən cılız tədbirlər həyata keçirir”

Hikmət Hacıyev: “Ermənistan beynəlxalq informasiya məkanı və sosial şəbəkələrin çaşdırılması üçün müəyyən cılız tədbirlər həyata keçirir”
Sakura

Hikmət Hacıyev: “Ermənistan beynəlxalq informasiya məkanı və sosial şəbəkələrin çaşdırılması üçün müəyyən cılız tədbirlər həyata keçirir”

“Ermənistan tərəfindən beynəlxalq informasiya məkanı və sosial şəbəkələrin çaşdırılması üçün müəyyən cılız tədbirlər həyata keçirilməkdədir. Ancaq Ermənistan bu kimi tədbirlərlə hadisələrin daha çox yedəyində gedir, nəinki prosesləri qabaqlayır. Çünki Azərbaycan tərəfindən istər hərbi, istər siyasi, diplomatik müstəvidə, istərsə də informasiya məkanında zəruri preventiv addımlar atılır”.

Ens.az xəbər verir ki,bunu APA TV-yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan cinayət törətdiyi zaman dərhal aidiyyəti bəyanatlarla çıxış edilib: “Ali Baş Komandanın tapşırıqları əsasında bu bəyanatlarla Azərbaycan hadisəyə dərhal siyasi və beynəlxalq hüquq baxımından qiymət verdi. Bu addım təcavüz və gücdən istifadə etmə aktı kimi qiymətləndirilərək dərhal bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Müxtəlif kanallar, diplomatik kanallarla da Azərbaycanın bu mövqeyi Azərbaycanda akkreditə olunmuş səfirliklər və bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bununla bərabər, digər dövlətlərə də aidiyyəti üzrə müraciətlər edildi. Həmçinin, həqiqətlər beynəlxalq informasiya məkanına da ötürüldü. Sosial şəbəkələrdə də Azərbaycanın mövqeyi izah olunur, təbii ki, ölkəmizin vətənpərvər gəncləri, Azərbaycan vətəndaşları və vətənpərvər jurnalistlərimiz sosial şəbəkələrdə də fəaldırlar. Onlar ölkəmizin mövqeyini ictimaiyyətin, o cümlədən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Ermənistan tərəfindən internet üzərindən və sosial şəbəkələrdə bəzi xırda-para təxribatçı əməllərə yol verilir. Bunun müqabilində də biz vətəndaşlarımızı bir daha ayıq-sayıqlığa çağırırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR