Slimfit
  1. CƏMİYYƏT

Hikmət Hacıyev: “Azərbaycan məsələ qaldırıb, qarşı tərəfdən reaksiya gözləyir”

Hikmət Hacıyev: “Azərbaycan məsələ qaldırıb, qarşı tərəfdən reaksiya gözləyir”
Sakura

Hikmət Hacıyev: “Azərbaycan məsələ qaldırıb, qarşı tərəfdən reaksiya gözləyir”

“ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunda formatın dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil”.

Ens.az xəbər verir ki,bunu Oxu.Az-a açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

ATƏT-in Minsk Qrupunun 11 üzvü var. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Azərbaycan və Ermənistan isə Minsk Qrupunun digər üzvləridir.

H.Hacıyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinin effektivliyi artırılmalıdır.

Prezidentin köməkçisi söyləyib ki, həmsədrlər mandatlarının əsaslarını təşkil edən sənədlər əsasında fəaliyyət göstərməlidirlər.

H.Hacıyev Minsk Qrupuna üzv dövlətlərin hamısının iştirakı ilə iclasın keçirilməsinin vacibliyinə də toxunub.

“Bu iclas ona görə vacibdir ki, Minsk prosesində iştirak edən hər bir dövlətin qənaət və fikri ifadə olunsun”, - deyə, H.Hacıyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan ictimai müstəvidə Minsk Qrupunun geniş tərkibdə iclasının keçirilməsi məsələsini qaldırıb və qarşı tərəfdən reaksiya gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR