Slimfit
  1. MEDİA

Hikmət Babaoğlu: Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil

Hikmət Babaoğlu: Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil
Sakura

Hikmət Babaoğlu: Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil

Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daim onların silahı olub. O zamanlar sadəcə faşizm termini yox idi. Ancaq ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər ən qatı faşistlərin əməllərindən daha qəddar olub. Ona görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil.

Ens.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir:

"İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaregin Njde kimi faşistə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür, ancaq təəssüf ki, münasibət hələ də adekvat deyil. Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır, digər tərəfdən işğalçılıq siyasətini davam etdirir, danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır.

Bəzi ekspertlər Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında informasiya dövriyyəsinə gətirilməsini də təsadüfi hesab etmirlər. N.Paşinyan bunu qəsdən etməklə əslində erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli mesaj verərək onlarla birlikdə olduğunu örtülü şəkildə ifadə edir. Ancaq necə olursa-olsun, sonunda bu cılız küçə demokratı ifşa olunacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR