Slimfit
  1. AZƏRBAYCAN

Hicran Hüseynova: 'Qız qaçırma, zorla ailə qurmağa məcbur edilmə ən çox müşahidə olunan zorakılıq hallardır'

Hicran Hüseynova: 'Qız qaçırma, zorla ailə qurmağa məcbur edilmə ən çox müşahidə olunan zorakılıq hallardır'
Sakura

Hicran Hüseynova: 'Qız qaçırma, zorla ailə qurmağa məcbur edilmə ən çox müşahidə olunan zorakılıq hallardır'

"Dünyada qadınlara qarşı zorakılıq halları insan haqlarının tam müdafiəsinin gerçəkləşdirilməsinə mane olan əsas səbəblərdən biridir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatı təqdimat mərasimində deyib.

O bildirib ki, bəzi dövlətlərdə zorakılığın qarşısının alınması üçün ayrılan vəsait ölkənin təhsil xərcləri ilə eyni və hətta daha çoxdur: "Qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması kifayət qədər vəsait tələb edir. Qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunlar daim təkmilləşdirilr, yeni maarifləndirici tədbirlər aparılır. Buna baxmayaraq, qadınlara qarşı zorakılıq halları hələ də qalır. Qız qaçırma, zorla ailə qurmağa məcbur edilmə kimi hallar zorakılıqda ən çox müşahidə edilən hallardır. Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu bütün cəmiyyətə təsir edir. Əgər qadın çalışırsa, o, zorakılıqla üzləşdikdə iş fəaliyyətini itirə bilər. Zorakılıq faktına görə hər kəs məsuliyyət hiss etməliyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR