Hicran Hüseynova: “Heç kim qanunu poza bilməz”
"Pandemiya elan olunduğu ilk gündən dövlətimiz nizamlı və sistemi formada koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirib".
Ens.az Report.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin pandemiya ilə mübarizə məqsədilə təsdiqlədiyi Tədbirlər Planının icrasına uğurla həyata keçirilir: "Onun nəticəsidir ki, görülən bütün lazımi qabaqlayıcı tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini verib və verməkdədir. Vaxtında görülmüş tədbirlər nəticəsində başqa ölkələrdən fərqli olaraq xalqımız bu vəziyyətdən az itkilərlə çıxır və ölkəmizdə koronavirus xəstəliyi nəzarət altındadır. Vəziyyətə həssaslıqla yanaşan dövlətimiz müsbət vəziyyətin daha da yaxşılaşdırılması üçün kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməyi xüsusi tələb kimi qoymuş və müvafiq qanunvericilik aktları mövcud vəziyyətə uyğunlaşdırılmışdır. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dini mərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağan edilmişdir. Dövlətin tətbiq etdiyi ciddi karantin rejimi ilə yanaşı həm ölkə prezidenti cənab İlham Əliyev həm də birinci vitse-prezident xanım Mehriban Əliyeva xalqımıza müraciət edərək qaydalara əməl etməyi, infeksiyadan qorunmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi tövsiyyə etmişdirlər. Bu baxımdan, hər bir vətəndaşın, xüsusilədə deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riayət etməli, həm də şəxsi nümunə olmalıdırlar".
H. Hüseynova təəssüf hissi ilə qeyd edib ki, karantin rejiminin yumşaldılması bir qrup insanda arxayınlıq hissi yaradıb: "Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Müvafiq qanunvericiliyə görə daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas mərasimləri keçirən xeyli sayda şəxsi məsuliyyətə cəlb edib. Bu sırada bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və ciddi qınağına məruz qalıb. Müvafiq qanunvericiliyə görə daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas mərasimləri keçirən xeyli sayda şəxsi məsuliyyətə cəlb edir, izahat və maarifləndirmə işləri aparırlar. Bu sırada bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və ciddi qınağına məruz qalıb. Düşünürəm ki, belə hallar yolverilməzdir və bizim hər birimiz belə hallara qarşı barışmaz mövqə göstərməli, qanun, karantin qaydalarına ciddi şəkildə əməl edərək xalqımızın, dövlət müstəqilliyimizin qorunmasına çalışmalıyıq. Biz yalnız bir mövqedə-dövlətçilik mövqeyində olmaqla müstəqilliyimizi və xalqımızın təhlükəsiz, firəvan həyatını təmin edə bilərik".
Komitə sədri bildirib ki, dövlət başçısı ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir: "Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunları poza və qanunun tələblərini poza bilməz. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət müstəqil, qüdrətli Azərbaycanın naminə xalqımızın xoşbəxt gələcəyinə yönəlib".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət