Həzmi yaxşılaşdırmaq üçün 9 məsləhət
Həkimlərin müşahidələrinə görə, müasir insanların əksər hissəsi (80%-dan artıq) həzm problemlərindən əziyyət çəkin.
Tez-tez təkrarlanan qarın ağrısı və qarında ağırlıq, köp, gəyirmə, qıcqırma, ishal və ya qəbizlik - bunlar hamısı həzm proseslərinin pozulmasının əlamətləridir. Həkimlərin fikirinə görə, bunun əsas səbəbi düzgün olmayan qidalanma və həyat tərzidir. Adi tədbirlər sizi bu problemlərdən azad edə bilər.
- Qidanı tələsərək qəbul etməyin, qidanın hər tikəsini yaxşı-yaxşı çeynəyin. Müasir insanlar bir çox hallarda ayaq üstə, tələsik yemək yeyir. Bu isə həzm sisteminə böyük ziyan vurur. Həzm prosesi ağız boşluğunda başlayır. Qidanı yaxşı çeynədikdə siz mədə və bağırsaqların işini asanlaşdırırsınız. Tələsik yeyəndə, iri tikələri udanda, qida qəbulu zamanı danışanda insan çoxlu hava udur ki, bu daha sonra mədədə ağırlıq, ağrı, köp kimi xoşagəlməz hallara səbəb olur.
- Qidalanmanıza daha çox meyvə-tərəvəz, göyərti daxil edin. Bu qidalar təbii liflərlə zəngindir ki, onların qəbulu həzm proseslərini yaxşılaşdırır və sürətləndirir. Digər tərəfdən meyvə-tərəvəzin bol qəbulu həzm sistemi xərçənginin ən yaxşı profilaktikası sayılır.
- Həzm proseslərini yaxşılaşdırmaq üçün gün ərzində kifayət qədər su qəbul edin.Bu bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlikdən azad edir. Mayeni qida qəbulundan 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.
Səhər oyandıqdan sonra 1 stəkan ilıq su için. Bu xüsusilə qəbizlikdən əziyyət çəkən insanlar üçün vacibdir.
- Çox isti və çox soyuq qidaları qəbul etməyin. Bu həzmə mənfi təsir edir. Qida ilıq olmalıdır. Çox isti və ya çox soyuq qida həzm sisteminin divarlarını qıcıqlandırır.
- Gün ərzində eyni vaxtlarda qida qəbul edin. Bu halda orqanizm qida qəbul etmək üçün hazır olacaq və həzm asanlaşacaq.
- Yalnız sağlam qidaları qəbul edin. Fast-fud qidaları (qamburger, kartof-fri, dönər, pirojki və s.), çox yağlı, duzlu, qızardılmış, konservləşdirilmiş qidalar həzm sistemi üçün olduqca ziyanlıdır.
- Səhər yeməyi çox vacibdir. Səhər yeməyi həzm sistemi işə salır və onun gün ərzində normal fəaliyyətini təmin edir.
- Süd məhsulları həzm sisteminin normal fəaliyyəti üçün çox vacibdir. İstənilər süd məhsullarının tərkibində (yoqurt, qatıq, xama və s.) çox faydalı bakterilər var ki, bu bakterilər bağırsaqların fəaliyyətini normallaşdırır. Süd məhsulları mədə-bağırsaq sistemindən ziyanlı maddələri xaric edir və həzmi yaxşılaşdırır.
- Həddən artıq çox qida qəbul etməyin. Yeməkdən sonra siz yüngül aclıq hiss etməlisiniz. 15-20 dəqiqədən sonra onu toxluq hissi əvəz edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət