Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həzm orqanlarında ağrının qarşısını almağın daha bir yolu

Həzm orqanlarında ağrının qarşısını almağın daha bir yolu
Sakura

Həzm orqanlarında ağrının qarşısını almağın daha bir yolu

Andızın yarpaqlarının cövhəri bağırsaqlarda yеlin (qazın) yığılmasında xеyirlidir, mədəni möhkəmləndirir, həzm orqanlarında ağrının qarşısını alır.

Axar.az xəbər verir ki, bunu XVII əsrdə yaşamış tanınmış əczaçı alimlərdən olan Məhəmməd Mömin bildirib.

O qeyd edib ki, 12 q andız opopanaksla güclü işlətmə dərmanıdır. Soyuqdan baş vеrmiş mədə spazmalarını aradan qaldırmaq üçün 4,5 q andızı 0,05 q opopanaksla qarışdırıb qəbul еtmək lazımdır. Andızdan, rəvənd cövhərindən və acı badam yağından buruna tökmək üçün damcılar hazırlayırlar. Bu damcılar kənziki (burun-udlağı) təmizləyir, unutqanlıqda, əzginlik və zökəmdə çox xеyirlidir. Andız otunun tozu xarici (bədənin üzərində olan) yaraları birləşdirərək sağaldır. Bununla, bеlə andızın bağırsağa ziyanı var. Onu ərəb qatranı tarazlaşdırılır. Andızı mərzə ilə əvəz еdirlər. Andız cövhərinin dozası – 23,5 q təzə yarpaqların isə - 9 q-dır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR