Slimfit
  1. TƏBİƏT

Heyvanlar yuxu görə bilərlərmi

Heyvanlar yuxu görə bilərlərmi
Sakura

Heyvanlar yuxu görə bilərlərmi

Heyvanların yuxu görə bilməsi sualına hələlik dəqiq cavab yoxdur, amma alimlər bunun ehtimalının çox yüksək olduğunu bildirirlər.

London Universitet Kollecində eksperimental psixoloq olan Hyuqo Spirs (Hugo Spiers) və onun həmkarları aşkar ediblər ki, siçana yatmazdan əvvəl yemək göstərdikdə yuxuda onun beyninin müəyyən hüceyrələri bu yeməyə olan marşrutu cızacaq. Eksperimentin nəticələri eLife elmi jurnalında nəşr olunmuşdur. 

İnsan yatanda onun beyni tez yuxu fazasında ən çox aktivliyə çatır. Məməlilərdə də müvafiq fazanı qeyd etmək olar, buna görə də onların da insanların yuxu adlandırdıqlarını görməsini güman etmək olar. 

Boston Universitetində neyrodavranış araşdırmaları laboratoriyasının direktoru Patrik MakNamara (Patrick McNamara) neyrobioloq Mişel Juvenin (Michel Jouvet) hələ 1959-cu ildə apardığı sınağa diqqət yetirir. Öz komandası ilə fransız heyvanın beynində tez yuxu fazası vaxtında hərəkətə mane olan mexanimi blok etdi. Yatan pişiklər başlarını qaldırırdılar, elə bil görünməz əşyalara baxır, kürəklərini əyir və özlərini elə aparırdılar ki, elə bil qurbana hücum etmək və ya döyüşə girməyə hazırlaşırdılar. Patrik MakNamaranın fikrincə, belə davranış ondan xəbər verir ki, pişiklər yuxu zamanı hansısa obrazlar görüblər, amma onların insanların gördüyünə bənzədiklərini demək olmaz. 

2001-ci ildə Neuron jurnalında nəşr olunan araşdırma gedişində alimlər siçanların labirint üzrə qaçdıqları anla labirinti keçdikdən sonrakı tez yuxu fazasındakı beyin fəaliyyətinin alqoritmlərini müqayisə ediblər. MTİ-dən olan tədqiqatçılar Maykl Uilson (Michael Wilson) və Kenvey Lui (Kenway Louie) aşkar ediblər ki, bu alqoritmlər o qədər oxşardır ki, onlar siçanın yuxuda labirintin hansı hissəsini gördüyünü müəyyən edə biliblər. 

2012-ci ildə alimlər mürəkkəbbalığını müşahidə ediblər və müəyyən ediblər ki, onlar yuxuya oxşar vəziyyətdə rəngini dəyişir, hərəkət edir və göz almalarını hərəkət etdirirdilər, yəni özlərini tez yuxu fazasında olduğu kimi aparırdılar.

 

Mənbə: nat-geo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR