Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Heyvanın qabığındakı faydalar

Heyvanın qabığındakı faydalar
Sakura

Heyvanın qabığındakı faydalar

Heyvanın tərkibinə A, C və B qrupu vitaminləri ilə kalsium, dəmir, fosfor, mis, kalium, selen, sink və maqnezium kimi minerallar daxildir. O, çox az yağlı və liflərlə zəngin bir meyvədir.

Heyvanın tərkibinə çox güclü antioksidantlar olan polifenolik birləşmələr daxildir. Bu birləşmələr sərbəst radikallarla mübarizə aparıb, qocalma prosesini ləngidirlər. Eyni zamanda ürək-damar xəstəliklərinə və iflic riskinə qarşı qorumanı təmin edirlər. Heyva balla qarışdırılıb istehlak edildikdə kolit, bağırsaq infeksiyaları və qəbizliyin əleyhinə güclü vasitə olur.

Mütəxəssislər heyvanın daşıdığı güclü antioksidantların xərçəng hüceyrələrini məhv etdiyini və heyva suyunun stresslə mübarizə apardığını söyləyirlər. Heyva həmçinin, ürək bulanması və qusmanın qarşısını alır.

Yaponiyada aparılan bir araşdırmada heyva qabığındakı anti-viral maddələrin Hepatit A, B və C səbəb olan orqanizmlərin böyüməsini əngəllədiyi bildirilir.

Çində xüsusilə heyva qabığı yara müalicəsində, sümük toxumasının iltihabı və hətta boğaz ağrılarını müalicə etmək məqsədilə istifadə edilir.

 

Mənbə: Deyerler.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR