Bölgələrdəki heyvan bazarlarında bahalaşma müşahidə edilir
Bölgələrdəki heyvan bazarlarında bahalaşma müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, Tovuzda iribuynuzlu heyvanların qiymətində 5-7, xırdabuynuzlularda isə 30 faiz artım var.
Bazarlarda satıcılar alıcı qıtlığından, alıcılar isə heyvanların baha olmasından gileylənir.
Tovuzun heyvan bazarındakı satıcıların sözlərinə görə, son bir həftə ərzində iribuynuzlu heyvanların qiyməti 5-7 faiz artıb. Bu isə alıcılıq qabiliyyətinə təsir edib.
Alıcılar da iribuynuzlu hevanların bahalaşdığını təsdiqləyirlər.
Satıcılar qiymət artımını yemlərin bahalaşması ilə əlaqələndirirlər.
Xırdabuynuzlu heyvanların da qiymətində artım müşahidə olunur. Bu heyvanlarda isə təxminən 30 faiz bahalşama nəzərə çarpır.
Fermerlər isə hesab edir ki, yem və ot bağlamalarının qiymətindən asılı olaraq bahalşmanın davam etməsi istisna edilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət