Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həyəcan və narahatlıq səhhətimizə təsir edirmi?

Həyəcan və narahatlıq səhhətimizə təsir edirmi?
Sakura

Həyəcan və narahatlıq səhhətimizə təsir edirmi?

Hər kəsin zaman-zaman tamamilə fərqli səbəblərdən narahatlıq hissi keçirdiyi olur.

Demək olar ki, hər birimizin sevdiyi birinin səhhətindən və ya pulunun olmamasından narahat qaldığımız vaxtlar olur. Bu, çox normal bir şeydir, lakin dünyada həyatının mühüm hissəsini daimi həyəcan və narahatlıqla keçirdən çox insan var.

Kanadalı alimlər insanların daha çox hansı səbəblərdən narahat olduqları barədə araşdırma aparıblar. Məlum olub ki, həyəcan və narahatlığa həm pəhriz, həm də ailə vəziyyəti kimi digər amillər təsir göstərə bilir.

Həyəcan zamanı insan titrəyə bilər, çox tərləyib, əzələ gərginliyi hiss edə bilər.

Alimlər 45 - 85 yaşa qədər olan 26.991 nəfərdən ibarət qrup arasında araşdırma aparıb həyəcan və narahatlığa ən çox hansı amillərin təsir etdiyini tədqiq edə bildilər. Nəticələr olduqca maraqlıdır.

Hansı qidalar insanı narahat edir?
Yuxarıda qeyd edildiyi kimi, narahatlığa insan qidası güclü təsir göstərir. Tədqiqat rəhbəri Karen Davidsonun sözlərinə görə, gündə üç növdən az meyvə və tərəvəz qəbul edənlər digərlərindən 24% daha çox narahat olurlar. Tədqiqatçılar həmçinin qeyd edir ki, bir insanın orqanizmində ümumi yağ səviyyəsi 36% -dən çox olarsa, narahatlıq başqalarına nisbətən 70% daha çoxdur.

Nəticə:
Kiçik şeylərdən həyəcan və narahatlıq keçirməmək üçün daha çox meyvə tərəvəz yemək, habelə fast-food və bu kimi təhlükəli şeylərdən imtina etmək lazımdır.

Hansı insanlar başqalarına nisbətən daha çox həyəcan və narahatlığa meyllidirlər?
Tədqiqatçılar, pəhrizdən əlavə, həyəcan və narahatlığın inkişafına insanın cinsiyyəti, ailə vəziyyəti, gəlirləri və səhhətin də təsir etdiyini müəyyən ediblər. Onların gəldikləri qənaətə görə, qadınlar kişilərdən daha çox narahatlığa məruz qalırlar. Ancaq bu o qədər də gözlənilməz bir xəbər deyil, çünki bir çox digər araşdırmaların nəticələri də qadınların həyəcan pozğunluğuna daha çox meylli olmalarını sübut etmişdi.

Qadınlar kişilərə nisbətən narahatlığa daha çox meyllidirlər


Bundan əlavə, subay insanların sevgilisi ilə yaşayanlardan daha çox narahat olduqları müəyyən edilib. Həm də ildə 20,000$-dan az pul qazanan insanlar varlı insanlara nisbətən daha çox narahat olur. Prinsipcə, bu təəccüblü deyil, çünki yaşamaq üçün bir qayda olaraq daimi mübarizə aparmaq lazımdır ki, bu da heç şübhəsiz narahatlıq hissi ilə müşayiət olunan ümumi bir stressdir.

Romantik partnyora sahib olmaq narahatlığı azalda bilər

Bir çox insan səhhəti üçün narahat olmağa meyllidir. Bir insanın üçdən çox xroniki xəstəliyi varsa, sağlam insanlara nisbətən həyəcan pozğunluğu diaqnozu qoyulurdu. Bu həqiqətən belədir. Əgər internetə girib ağrı səbəblərini axtarsanız, narahatlığınız daha da güclənə bilər. Üstəlik, əksər hallarda narahatlıq səbəbsizdir və məlum olur ki, narahatlığı sadəcə bir həkim müayinəsi ilə də aradan qaldırmaq olar.

Anamnez tibbi araşdırma zamanı insan sağlamlığının vəziyyəti haqqında məlumat toplusudur.

Tədqiqatın ən gözlənilməz nəticəsi immiqrantların doğma ölkələrində doğulmuş və yaşayanlara nisbətən daha sakit insanlar olduğunun müəyyən edilməsi olmuşdur. Elm adamları bu tendensiyanı hələ izah edə bilmirlər, çünki yeni bir ölkəyə köçən insanların yerli xalqdan daha az narahat olması faktı çox qəribədir. Heç şübhəsiz ki, dil probleminin olması və iş tapmaqda çətinliklər stresə səbəb olmalıdır.

Sonda tədqiqatçılar gələcək illərdə dünya əhalisinin təxminən 10% -nin həyəcan və narahatlıqdan əziyyət çəkəcəyini qeyd edirlər. Hətta, bəzi insanlarda diaqnoz o qədər ciddi olacaq ki, onlar əlil hesab ediləcəklər.

Alimlərin fikrincə yalnız insanların qidasında şüurlu bir dəyişiklik olarsa və sosial amillərin yaxşılaşması vəziyyəti bu durumu xilas edə bilər.

Mənbə: Redaktor.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR