Dərc edildi: Baxış sayı: 533
Bakıda qeyri-sabit hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində sürət həddi azaldılıb
Bakıda qeyri-sabit hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində sürət həddi azaldılıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib: "Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət