Slimfit
  1. AZƏRBAYCAN

Heydər Əliyev Mərkəzində fransız heykəltəraşın sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində fransız heykəltəraşın sərgisi açılacaq
Sakura

Heydər Əliyev Mərkəzində fransız heykəltəraşın sərgisi açılacaq

Martın 15-də Heydər ƏliyevMərkəzində fransız heykəltəraş Mauro Kordanın "Zoospektiv və morfospektiv" adlı sərgisi açılacaq.

Mərkəzdən "Report"a verilən məlumata görə, sərgidə müəllifin 40-dək əsəri nümayiş olunacaq.

M.Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.

M.Korda yaradıcılığında heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR