Dərc edildi: Baxış sayı: 607
Heydər Əliyev Fondundan şəhid ailəsinə dəstək
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək.
Axar.az xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkdiyindən müalicəsinə kömək göstərilməsi üçün müraciət edib.
Elxan Mehdiyev hazırda Tərtərdə ağır mənzil-məişət şəraitində yaşadığından Heydər Əliyev Fondu ailə üçün qısa müddətdə yeni evin inşasını da həyata keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət